BDU Türkiyənin Karabük Universiteti ilə anlaşma memorandumu imzalayıb

BDU Türkiyənin Karabük Universiteti ilə anlaşma memorandumu imzalayıb Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Karabük Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Karabük Universitetinin rektoru Refik Polat imzalayıblar. Müqavilə çərçivəsində akademik heyətin, bakalavr, magistr və tədqiqatçıların mübadiləsi nəzərdə tutulur. Bu isə gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsini təmin edəcək.
Əsası 2007-ci ildə qoyulmuş Türkiyənin Karabük Universitetində 52 min tələbə təhsil alır. Universitetdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər