“Paşinyanın dostu Makron gözəl bəyanatlar verir, amma...” – Köçəryan

“Paşinyanın dostu Makron gözəl bəyanatlar verir, amma...” – Köçəryan “Azərbaycan KTMT ölkələri ilə dostluq münasibətlərini inkişaf etdirir. Bu ölkələrin hər birinin Bakı ilə münasibətləri İrəvandan daha yaxşıdır”.

Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan mətbuat konfransında deyib.

Köçəryan əmindir ki, ölkə hakimiyyəti KTMT üzrə tərəfdaşları ilə işləyə bilməyib.

Robert Köçəryanın sözlərinə görə, onun prezidentliyi dövründə Minsk beynəlxalq platformalarda İrəvanın mövqeyinin zərərinə hərəkət etməyib.

“Buna görə də Belarusla belə pis münasibətlərin necə mümkün olduğunu başa düşmürəm. Ermənistan baş nazirinin hansısa xarici liderlərlə dostluq münasibətlərinin olduğunu deyə bilərsinizmi? Əgər Makrondan danışırıqsa, bəli, o, gözəl bəyanatlar verir, amma Fransanın bu regionda həyati maraqları yoxdur.

Mən bunu Ermənistan-Fransa münasibətlərinin qurulmasında çox ciddi rolu olan, Jak Şirakla çox yaxşı münasibətləri olan bir şəxs kimi deyirəm”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, fransızlar ən yaxşı halda bir-iki zirehli maşın təhvil verəcəklər ki, bu da ən çox pul daşıma xidmətinə faydalı ola bilər.

Xatırladaq ki, 2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın KTMT-də iştirakını dondurduğunu elan edib.

Tehsil-press.az

Oxşar xəbərlər