ATMU-da qida təhlükəsizliyinə dair tədbir keçirilib

ATMU-da qida təhlükəsizliyinə dair tədbir keçirilib Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) arasında əməkdaşlıq əlaqələri genişlənir. İnstitutun fəaliyyət strategiyasında, o cümlədən müvafiq ixtisaslar üzrə təhsil alan ATMU məzunlarının potensialından yararlanmaq məqsədi başlıca tələb kimi dəyərləndirilib.
Professor-müəllim, tələbə və məzunların iştirakı ilə universitetdə AQTİ əməkdaşlarının görüşü keçirilib. Görüşdə universitetin Mehmanxana və restoran biznesi kafedrasının müdiri dosent Novruz Quliyev qida təhlükəsizliyi probleminin təkcə regionda deyil, dünyada aktuallığını qoruyub saxladığını diqqətə çatdırıb. O, görüşün universitetin qida mühəndisliyi ixtisasında təhsil alan tələbə, magistrant və doktorantları üçün əhəmiyyətini qeyd edib.
Sual-cavab formatında davam edən görüşdə AQTİ-də təcrübə mübadiləsi, qida təhlükəsizliyinə dair elmi-tədqiqat işləri, işə qəbul proseduru, təcrübə və könüllülük proqramları barədə də məlumat verilib.

Tehsil-press.az



Oxşar xəbərlər