Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları arasında görüş keçirilib.
Görüşdə Kimya fakültəsində görülən işlər, tədris prosesi, tələbələrin istehsalat təcrübəsinin təşkili məsələləri müzakirə olunub.
Fakültənin dekanı Fuad Kərimli təhsil sahəsində həyata keçirilən islahatlar, elm, təhsil və sənayenin qarşılıqlı əlaqəsi haqqında məlumat verib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun aparat rəhbəri Xalid Bayramlı AQTİ-nin fəaliyyəti haqqında məlumat verərək, Kimya və Kimya mühəndisliyi ixtisaslarının tələbələri üçün bakalavriat və magistratura səviyyələrində istehsalat təcrübəsinin əhəmiyyətindən və institutda yaradılacaq şəraitdən danışıb.
Görüş zamanı gələcəkdə magistratura səviyyəsi üzrə Qida məhsullarının kimyəvi ekspertizası ixtisaslaşmasının açılmasının nəzərdə tutulduğu qeyd olunub, birgə əməkdaşlıq üçün fəaliyyət planı müzakirə edilib.
Tehsil-press.az