
Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.
Tədbir çərçivəsində çoxmənzilli yaşayış binasının qeyri yaşayış sahəsində fəaliyyət göstərən bəzi ictimai iaşə obyektlərində fərdi balon qurğularından, maye karbohidrogen qaz balonları ilə dolu propan qaz balonlarından istifadə halları aşkar edilib.
O bildirib ki, bu balonların tərkibində yüksək təzyiq altında qaz doldurulmuş olur və bunların sızması, onların texniki təhlükəsizlik tələblərinə cavab verməməsi kimi hallar partlayış, o cümlədən də partlayış yanğın hadisələri ilə nəticələnir.
“Əhalinin sağlamlığının, o cümlədən dövlətin əmlak maraqlarının müdafiəsinin təmin edilməsi məqsədilə aparılan monitorinq çərçivəsində əməkdaşlarımız tərəfindən sahibkarlarla aparılan profilaktik söhbətlər nəticəsi olaraq qurğularının obyektlərindən kənarlaşdırılması təmin olunacaq.
Bir daha vurğulamaq istərdik ki, belə qanun pozuntularına yol verən şəxslərlə bağlı növbəti yoxlamalar zamanı qanunvericilikdə nəzərdə tutulan ciddi tədbirlər görüləcək.
Eyni zamanda, bildirmək istərdik ki, fərdi balon qurğuları daşınan qurğulardır və yanğın nəzarəti üzrə dövlət inspektorlarının hər ictimai iaşə obyektində bu təsərrüfatla bağlı fəaliyyətlərin nəzarətdə saxlanılması, onun gündəlik təmin edilməsi kimi imkanlar yoxdur. Onun üçün də “Yanğın təhlükəsizliyi haqqında” Qanunun altıncı və yeddinci maddələrdə vətəndaşların, o cümlədən müəssisə rəhbərlərinin üzərinə o vəzifəni qoyur ki, həmin şəxslər onların istifadəsində olan ərazilərdə yanğın təhlükəsizlik qaydalarının tələblərinə ciddi riayət etməlidir. Bu, onların vəzifə borclarıdır”, - Cəmil Xudiyev əlavə edib.
Tehsil-press.az