
Qeyd edək ki, gənc yazıçı 2024-cü ildə Bakı şəhərində 28 saylı tam orta məktəbi qırmızı attestatla başa vuraraq, 650 balla Bakı Dövlət Universitetinə daxil olmuşdur. Hazırda həmin universitetin “Beynəlxalq münasibətlər və iqtisadiyyat” fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisasının (tədris ingilis dilində) I kurs tələbəsidir.
Bədii yaradıcılıqla 10 yaşından etibarən məşğul olur. Şeirləri, hekayələri və esseləri dövri mətbuatda çap olunmuşdur. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin 2023-cü ildə 16 yaşa qədər məktəblilər arasında keçirdiyi II şeir, hekayə və esse müsabiqəsində “Balaca oğru” hekayəsinə görə 1-ci yerə layiq görülmüşdür. 2022-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsində 2-ci yerə layiq görülmüşdür.
Tehsil-press.az