Paytaxt məktəblisi beynəlxalq rəsm müsabiqəsində uğurla iştirak edib.
46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Rauf Məmmədov Moskvada keçirilən uşaq rəsm müsabiqəsində I yerə layiq görülüb.
O, müsabiqəyə Aleksandr Belyayevin “Amfibiya adam” əsərinə çəkdiyi rəsmlə qatılıb.
Hər il Moskvada keçirilən rəsm müsabiqəsi ənənəyə çevrilib. Müsabiqəyə ümumilikdə 2019-cu ilin yazıçı-yubilyarlarının əsərlərinə çəkilmiş 400-dən çox rəsm təqdim edilib. Müsabiqədə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Qırğızıstanın gənc rəssamları iştirak ediblər. Azərbaycandan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkilatçılığı ilə müsabiqədə iştirak üçün təqdim edilən 8 rəsmdən 4-ü münsiflər heyəti tərəfindən ən yaxşı rəsmlər siyahısına daxil edilərək albomda yer alıb.
Tehsil-press.az