Professor Eldar Quliyevin BMT tərəfindən beynəlxalq mükafata layiq görülən kitabı Azərbaycan dilində çap olundu

Professor Eldar Quliyevin BMT tərəfindən beynəlxalq mükafata layiq görülən kitabı Azərbaycan dilində çap olundu Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyevin müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitab ingilis dilindən Azərbaycan dilinə tərcümə olunaraq çap olunmuşdur.
2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada bu kitabın ingilis dilində geniş təqdimatı keçirilmişdir. 8 ölkənin tanınmış elm və təhsil ocaqlarının, akedemik dairələrin Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının (FAO) nümayəndələrinin, Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilmiş, BMT-nin İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir.
Təqdimatda eyni zamanda professor Eldar Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu təqdim olunmuşdu.
Kitab ingilis dilindən Azərbaycan dilinə tərcümə edilərək 2018-ci ilin mart ayında Azərbaycan Kooperasiya Universitetinin nəşriyyatında çap edilmişdir.

AKU-nun Mətbuat Xidməti


Professor Eldar Quliyevin BMT tərəfindən beynəlxalq mükafata layiq görülən kitabı Azərbaycan dilində çap olundu

Oxşar xəbərlər