Moldova prezidenti istefaya çağırılır

Moldova prezidenti istefaya çağırılır Moldovanın Sosialistlər Partiyası dövlət başçısı Maya Sandunun istefasını və bu il erkən prezident seçkilərinin keçirilməsini tələb edəcək.

Bu barədə ölkənin keçmiş prezidenti və müxalif Sosialistlər Partiyasının rəhbəri İqor Dodon açıqlama verib.

"Maya Sandunun istefasını tələb edirik. Bizim siyasi məqsədimiz bu il prezident və parlament seçkilərinin erkən keçirilməsini təmin etməkdir", - Dodon prezident administrasiyasının qarşısında keçirilən kütləvi etiraz aksiyası zamanı bildirib.

O, parlament seçkilərində haqsızlıq yaşanmaması üçün müxalifəti birləşməyə çağırıb:"Ukraynada nələr baş verdiyini görürük. Rumıniyada da olanları görürük. Orada da dəyişikliklər olacaq. Bu ölkələrdəki bütün "sorosçular", o cümlədən Brüsseldə olanlar, yaxın gələcəkdə artıq olmayacaq. Maya Sandunun Amerikada dəstəyi var idi, Avropada dostları, Rumıniyada, Ukraynada da var idi. Amerikada onun havadarları artıq yoxdur, Rumıniyadan kömək də yoxdur. Ukraynada isə yaxın gələcəkdə hər şey bitəcək. Brüsseldə isə bir neçə bürokrat qalıb. Ona görə Maya Sandu anlamalıdır ki, onun vaxtı bitib və o, normal şəkildə hakimiyyətdən gedərsə, daha yaxşı olar".

Xatırladaq ki, Moldovanın hazırkı dövlət başçısı Maya Sandu ötən ilin noyabr ayında prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq qələbə qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər