Moldova Prezidenti Maya Sandu Ukraynaya səfərə gəlib.
Moldovanın dövlət başçısı “X” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Prezident Volodimir Zelenski və Avropa Şurasının başçısı Şarl Mişel ilə görüşmək üçün Kiyevə gəldik. Gündəlikdə duran məsələlər Moldova və Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı növbəti addımların müzakirəsi, regional təhlükəsizliyin möhkəmləndirilməsi və ölkələrimizdə həyata keçirilən islahatların və inkişaf prosesinin Aİ tərəfindən dəstəklənməsindən ibarətdir”.
Moldova Prezidenti ləyaqət İnqilabı zamanı həlak olmuş fəalların xatirəsinin anılması mərasimində iştirak edib.
Ukrayna Prezidentinin rəsmi saytında yazılıb: “Ləyaqət və Azadlıq Günündə Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Yelena Zelenskaya ləyaqət İnqilabı zamanı həlak olmuş fəalların xatirəsini anıblar. Tədbirdə, həmçinin Moldova Respublikasının Prezidenti Maya Sandu iştirak edib”.
Tehsil-press.az