"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis təyin edilib

"Bakı Metropoliteni"nə yeni departament rəisi təyin edilib.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Asəf İsgəndərli qurumun Maliyyə departamentinə rəis vəzifəsinə təyin edilib.

Daha öncə bu vəzifəni Fərhad İbrahimov icra edib.

Qeyd edək ki, Asəf İsgəndərli 1990-cı ildə anadan olub.

2008-2012-ci illərdə Qafqaz Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə həmin fakültədə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.

2013-2017-ci illərdə Qafqaz Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə məşğul olub, 2017-2025-ci illərdə "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC-də və "Azərsun Holdinq" MMC-də maliyyə sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər