"Zorlu Holdinq"in CEO-su Cem Köksal istefa verdi

Ramazan ayı ilə bağlı şirkətdaxili yazışmaların gündəmə gəlməsinin ardından "Zorlu Holdinq"in saxlanılan baş icraçı direktoru (CEO) Cem Köksal, istefa verib.

Bununla bağlı şirkətin İdarə Heyəti açıqlama verib.

Holdinqin yaydığı bəyanatda "Baş verən hadisələrə görə bütün tərəfdaşlarımıza və ictimaiyyətə üzülərək məlumat veririk" ifadələri yer alıb.

Sosial mediada yayılan məlumatlara görə, "Vestel Şirkətlər Qrupu"nun baş direktoru Ergün Güler Ramazan ayının başlanması münasibətilə işçilərə təbrik mesajı göndərib.

Paylaşılan yazışmalarda "Zorlu Holdinq"in CEO-su Cem Köksalın e-poçt vasitəsilə Gülerə sərt cavab verdiyi görünür. O, reaksiyasında belə yazıb: "Bizim korporativ şəkildə qeyd ediləcək günlər siyahımızda Ramazan ayı yer almır."

Köksal əlavə edib ki, şirkətin siyahısında yalnız Ramazan və Qurban bayramları var və digər dini günlərin korporativ şəkildə qeyd olunması düzgün deyil: "Bu holdinqin 70 illik tarixində də Ramazan ayının qeyd olunması olmayıb. Şirkət olaraq dinə qarşı neytral mövqedəyik."

O, həmçinin Güleri daha əvvəl də bu mövzuda xəbərdar etdiyini vurğulayaraq, "Xahiş edirəm, belə bir hadisənin təkrarlanmamasına ciddi yanaş" deyə bildirib.

Qeyd edək ki, İstanbul mərkəzli "Zorlu Holdinq" tekstil, məişət texnikası, elektronika, enerji, daşınmaz əmlak, mədənçilik, maliyyə, media və digər sahələrdə fəaliyyət göstərir.

"Vestel" isə holdinqin tərkibində fəaliyyət göstərən bir elektronika şirkətidir.

Tehsil-press.az

Oxşar xəbərlər