BDU-da Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru ilə görüş

BDU-da Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru Laura Karabassovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan rektor Elçin Babayev iki ölkə arasında mövcud olan möhkəm əlaqələrin təhsildə və elmdə də dərinləşdirilməsinin vacibliyini qeyd edib, birgə əməkdaşlığın daha yüksək nəticələr verəcəyini vurğulayıb. O qeyd edib ki, BDU Qazaxıstan universitetləri ilə səmərəli və uğurlu əməkdaşlıq edir. K. Jubanov adına Aktobe Regional Universiteti ilə də elm, təhsil və mədəniyyət sahələrində birgə layihələrin, tədbirlərin təşkili, ortaq elmi tədqiqatların həyata keçirilməsi, akademik, elmi və mədəni mobilliyin inkişafı, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsi, gələcəkdə isə ikili diplom proqramlarının reallaşması üçün əlverişli imkanlar var.

Qazaxıstanın K. Jubanov adına Aktobe Regional Universitetinin rektoru Laura Karabassova isə bildirib ki, Azərbaycan universitetləri arasında ilk dəfə məhz BDU ilə əməkdaşlıq etmək niyyətindədirlər: “Akademik mobillik istiqamətində əməkdaşlığa xüsusi önəm veririk. Fizika, riyaziyyat, nanotexnologiyalar, türkologiya, arxeologiya istiqamətləri üzrə də əməkdaşlıq edə bilərik”.

Tehsil-press.az


Oxşar xəbərlər