Rusiyadan Türkiyə turizminə növbəti zərbə

Rusiyadan Türkiyə turizminə növbəti zərbə Türkiyə və Misir bu il Rusiya turistləri üçün açıq olmayacaq.

Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Rosturizm”ın nümayəndəsi bildirib. Turizm üzrə Federal agentliyin rəhbərinin müavini Roman Skorıy “Türkiyə bu il turislər üçün dəqiq açılmayacaq. Misirdə baş verən son hadisələr göstərdi ki, yəqin ki, Misir də açıq olmayacaq”-, deyə açıqlama verib.
Skorıy Misirə uçuşların ləğv edilməsinin yalnız Rusiyaya aid olmadığını deyib: “Məsələn, Böyük Britaniya və bir sıra avropa ölkələri Misir ilə hava əlaqəsini bərpa etmək üçün hələlik tələsmirlər. Təhlükəsizlik - bu əsas problem və bir nömrəli məsələdir”.

tehsil-press.az