Azərbaycanda turizmlə bağlı yeni cərimə müəyyən edilir

Azərbaycanda turizmlə bağlı yeni cərimə müəyyən edilir Azərbaycanda turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni cərimə müəyyən edilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Tehsil-press.az


Oxşar xəbərlər