Böyükşor-Pirşağı yolunda AĞIR QƏZA: Yaralılar var

Böyükşor-Pirşağı yolunda AĞIR QƏZA: Yaralılar var Bakıda zəncirvari qəza baş verib.

Hadisə Böyükşor-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Üç avtomobil toqquşub. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib, xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata görə, hadisə "Ford" markalı avtomobilin sürücüsünün yuxuya getməsi səbəbiylə baş verib. O, idarəetməni itirib başqa maşınlara çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər