Liana Vəzirova vəzifəsindən azad edildi

Liana Vəzirova vəzifəsindən azad edildi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin direktoru vəzifəsindən azad olunub.

Muzey Mərkəzinin direktoru - Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Liana Vəzirova vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzinin binası Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir.

Bina 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında Vladimir Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı Lenin Muzeyinin filialı kimi istismara verilib.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən, bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilib və Muzey Mərkəzi adını alıb.

Tehsil-press.az

Oxşar xəbərlər