Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov “Be Museumer” layihəsi çərçivəsində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Muzey təhsili” mövzusunda beynəlxalq təlimdə iştirak edib.
Təlim Gürcüstan Muzeyləri Assosiasiyası (GMA), Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO, Almaniya), Mədəni İdarəetmə Akademiyasının (ACM, Niderland) birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Cənubi Qafqaz regionunda muzey işinin inkişafına yönəldilmiş “Be Museumer” layihəsi XXI əsrin muzey çağırışlarına cavab olaraq təlim iştirakçılarının liderlik və idarəetmə bacarıqlarının artırılmasına istiqamətləndirilib. Tədbir iştirakçılarına muzey təhsilinin Avropa perspektivləri, ictimaiyyətin təhsil sisteminə cəlb edilməsi haqqında ətraflı məlumat verilib.
Sonra iştirakçılar öz layihələrini təqdim ediblər, onlara sertifikatlar verilib.
Tehsil-press.az