Ən yaxşı regional təhsil idarəçisi kimdir? - AzEdu.az-da növbəti SORĞU

Ən yaxşı regional təhsil idarəçisi kimdir? - AzEdu.az-da növbəti SORĞU Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idarə müdirlərinin işlərini qiymətləndirmək məqsədilə "İlin ən yaxşı Regional təhsil idarəçisi" adlı yeni sorğuya başlayır.

Bu sorğu, regional idarə müdirlərinin fəaliyyətini obyektiv şəkildə qiymətləndirmək və onları daha geniş auditoriyaya təqdim etmək məqsədi daşıyır.

Sorğuya bütün maraqlı şəxslər və ictimaiyyət nümayəndələri qatılaraq, "İlin ən yaxşı Regional təhsil idarəçisi"ni seçə bilərlər.

Sorğuda cəmiyyətin təqdirini qazanan və ən yüksək səs toplayan idarə müdirləri qalib seçiləcəklər.

Sorğuya qatılmaq istəyən oxuculardan xahiş olunur ki, AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olaraq (kompüterdə) sağ alt küncündə, mobil telofonda isə aşağıda yerləşən sorğu panelindəki suala cavab verdikdən sonra "Səs ver" düyməsini sıxsınlar.

Cavablar bunlardır:

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri - İlhamə Abdullayeva

Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri - Nərminə Hüseynova

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini - Həmid Qasımov

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri - Elçin Kərimov

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri - Bəhruz Mehdiyev

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini - Cavad Cavadov

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri - Rəşad Musayev

Qarabağ Regional Təhsil İdarəsinin müdiri - Sənan Mənsimli

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini - Anar Məcidov

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri - Coşqun Əliyev

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri - Günay Mahmudova

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri - Fuad Bədəlov

Şirvan-Salyan Regional Təhsil İdarəsində müdir vəzifəsini icra edən - Vüqar Dadaşov

Qeyd edək ki, sorğuda ən çox səs taplayan ilk 3 nəfər mükafatlandırılacaq.

Sorğu 11 mart 2025-ci il tarixindən 12 may saat 23:59-dək davam edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər