Bizim gələcəyimiz onlardan asılıdır - Nazir müavini

Bizim gələcəyimiz onlardan asılıdır - Nazir müavini "Hər kəs elmlə məşğul ola bilmir. Hər bir elm çox böyük bilik, bacarıq tələb edir".

Bu sözləri “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin açılış mərasimində çıxışı zamanı elm və təhsil nazirinin müavini Firidun Qurbanov deyib.

"Bəzən alimləri qədim dövrdə dünyanın müxtəlif yerlərində yüz ilə yaxın yaşı olan tarixi binaları yaradan ustalara, memarlara bənzədirlər. Bu əsərlərin yaradılmasında bir neçə nəsil iştirak etsə də, o ustalar həmin əsərin sonunu görmürlər. Amma bunu bilə-bilə yenə də öz sənətinə sevgi ilə yanaşırlar. Elmdə də bu cür olmalıdır. Çünki elm bağlı kitab deyil, daim yenilik gətirir, bu yenilik yeni suallar yaradır və daim inkişafda olan bir sahədir. Sizə (sabahın ailmlərinə) uğurlar arzu edirəm. Sevinirəm ki, bu layihədə iştirak edirsiniz. Ölkənin gələcəyi sizlərdən, sizin yaradıcı ruhunuzdan asılıdır",- deyə o əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər