Krım və Donbassın işğal olunduğunu tanımayan şəxs müsabiqəyə buraxılmayacaq.
Kiyevdə adları qara siyahıya düşən rus mədəniyyət xadimləri "Eurovision-2017" mahnı müsabiqəsində çıxış edə bilməyəcəklər. Tehsil-press.az-ın məlumatına görə, bunu Ali Radanın deputatı Anton Geraşenko "Qovorit Moskva" ("Danışır Moskva") radiostansiyasına müsahibəsi zamanı deyib.
Siyasətçinin sözlərinə görə, müsabiqədə Krım və Donbassın işğal olunduğunu və bu hadisənin cinayət olduğunu başa düşən müğənnilər iştirak edə bilərlər. Geraşenko onu da əlavə edib ki, Rusiyanın təcavüzkar siyasətini dəstəkləməyən, Ukraynanın milli ləyaqətini təhqir etməyənlər yarışmaya maneəsiz qatılacaqlar.
Ukrayna Mədəniyyət Nazirliyi 2015-ci ilin avqustunda mədəniyyət xadimlərinin "qara siyahısını" təqdim edib. Ona Oleq Qazmanov, İosif Kobzon, İosif Priqojin, Nikita Mixalkov və s. daxil edilib. Həmin ilin dekabrında isə bu siyahı bir az da genişləndirilib. Oraya daha 43 müğənni əlavə edilib. Onlar arasında əcnəbilərdən "Limp Bizkit" pop qrupunun lideri Fred Derst və boksçu Roy Jon da var.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin "Eurovision-2017"də Rusiya ifaçılarının çıxışını məhdudlaşdırmaqla bağlı qalmaqallı qərarını şərh edib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, müsabiqəyə seçim qaydaları bütün ölkələr üçün eynidir və Ukrayna da həmin qaydalara əməl etmək məcburiyyətindədir. Ruslara gəldikdə isə Peskov Ukraynanı "qılınc atmamağa" səsləyib.
"Eurovision" - beynəlxalq müsabiqədir və onu qəbul edən tərəf də həmin müsabiqənin qoyduğu qaydalara riayət etməlidir. Qalan hər şey isə onların səlahiyyətindədir.
Mayın 14-də baş tutan "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Camala olub. Onun ifa etdiyi “1944” adlı mahnı 534 səs toplayıb.
Camalanın ifa etdiyi “1944” adlı mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Rusiya tərəfindən yurdlarından sürgün etməsindən bəhs edir. Mahnının nəqarət hissəsi türk dilindədir. Mahnının söz və musiqisini ifaçı özü yazıb.
Bu müğənninin əsl ad və soyadı Susanna Alimovna Camaladdinovadır. Qırğızıstanın Oş şəhərində anadan olmuş Susannanın atası Krım tatarı Alim Ayyaroviç Camaladdinov, anası isə Qalina Mixaylovna Tumasyandır. Müsabiqədə 2-ci yeri Avstraliya təmsilçisi Dami İm, 3-cü yeri isə Rusiya nümayəndəsi Sergey Lazarev tutub. "Miracle" mahnısı ilə Azərbaycanı təmsil edən Səmra Rəhimli 117 xalla 17-ci olub.
Tehsil-press.az