EBU: Ermənistan televiziyası “Eurovision”dakı təxribata görə cəzalanacaq

EBU: Ermənistan televiziyası “Eurovision”dakı təxribata görə cəzalanacaq Avropa Yayım Birliyi (AYB) Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib.

Qurumun bəyanatında bu cür halların “Eurovision” mahnı müsabiqəsinin adına xələl gətirəcəyi bildirilir.
Qurumun nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq. Nəzarət qrupu qaydaların pozulmasının ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə biləcəyini bəyan edib.


Tehsil-press.az

Oxşar xəbərlər