Hüquqşünaslıq ixtisasında keçid BALLARI

Hüquqşünaslıq ixtisasında keçid BALLARI Azərbaycanda 2024-cü ildə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən formalaşan keçid balları açıqlanıb.

Otən il ən yuxarı keçid balları olan ixtisaslardan biri hüquqşünaslıq olub.

Dövlət İdarəçilik Akademiyasında bu ixtisasa qəbul olmaq üçün abituriyentlər 659 bal toplamalı olacaq.

ADA Universiteti isə ötən il də yüksək göstəricilərlə diqqət çəkib. Tədrisin ingilis dilində aparıldığı fakültələr üzrə keçid balı 627.4 olub. Bakı Dövlət Universiteti (BDU) isə hüquqşünaslıq üçün klassik universitet statusunu qoruyaraq əyani təhsil üzrə 612.8 (dövlət sifarişli 613.9), qiyabi üzrə isə 537.7 bal tələb edib.

Qarabağ Universiteti isə ilk ilində ciddi maraqla qarşılanıb – universitetin əyani təhsil forması üzrə hüquqşünaslıq ixtisasında keçid balı 609.4 təşkil edib.

Milli Aviasiya Akademiyasının (MAA) hüquqşünaslıq ixtisasının əyani forması üzrə keçid balı 538.8 bal olub. Dövlət sifarişli oxuyanlar isə minimum 618.1 bal toplamalı olub.

Dövlət Gömrük Akademiyası da yüksək nəticə ilə yadda qalıb – burada hüquqşünaslıq təhsil almaq üçün abituriyentlər minimum 598.1 bal toplamalı olublar. Dövlət sifarişli yerlərdə isə keçid balı 618.7 təşkil edib.

Region ali məktəbləri arasında Naxçıvan Dövlət Universiteti (NDU) diqqət çəkir. Universitetin hüquqşünaslıq ixtisasının əyani forması üzrə keçid balı 574.6, dövlət sifarişli 617.8, qiyabi üzrə isə 497.2 təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər