Hakan Fidan sui-qəsdə məruz qalıb

Hakan Fidan sui-qəsdə məruz qalıb Türkiyənin xarici işlər naziri Hakan Fidan sui-qəsdə məruz qaldığını açıqlayıb.

O, bunu "24 TV"yə müsahibəsində bildirib.

Diplomat deyib: "Mənə sui-qəsd edildi. Zəhərləndim, müalicə olundum. Davamlı sui-qəsdlərə məruz qalırıq. Bu, mübarizəmizin bir hissəsidir. Mənə ağır dozada arsen (mərgümüş) və civə verildi. Bu, testlərdə təsdiq olundu”.

XİN rəhbəri “bunu kimin etdiyi barədə məlumatınız varmı” sualına belə cavab verib: “Gəlin, o detallara varmayaq, bunlar kənarda baş verən məsələlərdir. Düşmən təkcə daxildə deyil, hər yerdə var”.

Sui-qəsd cəhdi H.Fidan Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri işlədiyi dövrdə olub.(Teleqraf)

Tehsil-press.az

Oxşar xəbərlər