Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezident bu sözləri deyərkən kövrəldi - Video Xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə söhbəti zamanı deyib.

İlham Əliyev fikirlərini səsləndirdiyi zaman kövrəlib:

"Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma. Bilirsiniz, bu nədir?! Xalqımız böyük xalqdır. Biz haqlı olaraq xalqımızla fəxr edirik, sizinlə fəxr edirik. Otuz il əzab-əziyyət içində - çadırda, istidə, soyuqda, vaqonun altında, yataqxanada, uşaq bağçasında yaşamısınız, amma inamınızı, iradənizi itirməmisiniz, belə oğullar yetişdirmisiniz. Onlar Bakıda, Bərdədə, Sumqayıtda yaşayıblar, bu bölgələri heç vaxt görməyiblər, amma gəliblər. Çünki torpaq çəkir. Onlarda vətənpərvərlik hissini sizin kimi analar, müəllimlər, məktəb və ailə formalaşdırıb. Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız, mədəniyyətimiz və gənc nəsil yetişdirən ailə və məktəb olub".



Tehsil-press.az

Oxşar xəbərlər