Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edildi – SƏRƏNCAM

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edildi – SƏRƏNCAM Tural Qüdrət oğlu Piriyev yenidən Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 may 2025-ci il tarixli sərəncamında deyilir.

Tural Piriyev 1981-ci ildə Bakı şəhərində anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat, 2004-cü ildə isə magistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirib.

2014-2015-ci illərdə İngiltərənin Durham Universitetinin Hüquq fakültəsində magistratura səviyyəsi üzrə təhsil alıb.

2005-2006-cı illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığında müddətli həqiqi hərbi xidmət keçib.

2003-cü ildən etibarən əmək fəaliyyətinə başlayaraq özəl sektorun müxtəlif sahələrində çalışıb.

2007-2012-ci illərdə “PAŞA Holding” MMC-də hüquqşünas, 2012-2014-cü illərdə “Kapital Bank” ASC-nin hüquq departamentinin direktoru vəzifələrində çalışıb.

Bu müddət ərzində paralel olaraq “Kapital Bank” ASC-nin audit komitəsinin üzvü, “PAŞA Həyat Sığorta” ASC-nin təftiş komitəsinin sədri, “Azərbaycan Gimnastika Federasiyası” İctimai Birliyinin təftiş komissiyasının üzvü olub.

2016-cı ildən 2020-ci ilin may ayınadək PAŞA Holding” MMC-nin “Türkiyə nümayəndəliyi”nin rəhbəri olub, eyni dövrdə Türkiyədə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin Müşahidə Şurası sədrinin müavini, “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin Müşahidə Şurasının üzvü olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2020-ci il tarixli Sərəncamı ilə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru vəzifəsinə təyin edilib.

Tehsil-press.az

Oxşar xəbərlər