Müdafiə Sənayesi Nazirliyində daha bir KADR DƏYİŞİKLİYİ

Müdafiə Sənayesi Nazirliyində daha bir KADR DƏYİŞİKLİYİ Müdafiə Sənayesi Nazirliyinə məxsus "Peyk Zavodu" MMC-nin direktoru Məhəbbət Hümbətov vəzifəsindən azad edilib.

Zavoda rəhbərlik Elşən Quliyevə həvalə olunub.

O, vaxtilə nazirliyə məxsus "Alov Zavodu"nun direktoru olub.

Xatırladaq ki, "Peyk Zavodu" 1993-cü ildə Fransanın "M.U.P. İndustrie G.İ.E." konsorsiumunun iştirakı ilə tikilib, 1996-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 765 578 manatdır. Müəssisə müxtəlif çap lövhələrinin istehsalı ilə məşğuldur.

10:44

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.

Sirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.

O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub.

Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.

Tehsil-press.az

Oxşar xəbərlər