Azərbaycan Texniki Universitetinin (AzTU) xüsusi texnika və texnologiya fakültəsinin 70-dək məzunu Müdafiə Sənayesi Nazirliyinin (MSN) zavod komplekslərində işlə təmin edilib.
Sentyabrın 12-də AzTU-da həmin məzunlarla görüş olub. Görüşdə universitetin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov AzTU-da təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.
AzTU ilə Müdafiə Sənayesi Nazirliyi arasındakı əlaqələrin əhəmiyyətini vurğulayan professor X.Yahudov işə qəbul olunan məzunları təbrik edib, uğurlar arzulayıb.
Nazirliyin şöbə müdiri Eldar Bağırov təmsil etdiyi quruma işə qəbul zamanı təhsildə fərqlənmiş, daha bacarıqlı məzunlara üstünlük verildiyini bildirib.
Qeyd olunub ki, işə götürülən gənc mühəndislər bölgü üzrə MSN-nin “İQLİM” Elmi-İstehsalat Müəssisəsi, “Araz” zavodu, Bakı Cihazqayırma Zavodu, “Alov” zavodu, “PEYK” zavodu, Еlmi-Tədqiqаt İnstitutu və digər müəssisələrə təyinat alıblar.
Seçim zamanı xüsusi texnika və texnologiya fakültəsinin magistratura səviyyəsinə qəbul olunan tələbələrin təyinatı isə fakültə rəhbərliyinin məsləhəti ilə Müdafiə Sənayesi Nazirliyinin Еlmi-Tədqiqаt İnstitutuna verilib. Bu yolla elmi fəaliyyətini davam etdirmək niyyətində olanlar üçün də şərait yaradılıb.
Məzunların işə qəbul üzrə seçimi müvafiq komissiya tərəfindən aparılıb, bacarıqlı məzunlara üstünlük verilib.

AzTU-nun Mətbuat Xidməti