Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında Moskvada görüş keçirilir.
Görüşün mətbuat üçün açıq hissəsində çıxışı zamanı S.Lavrov tərəflərin MDB və Avrasiya əməkdaşlıq strukturlarında qarşılıqlı fəaliyyəti, beynəlxalq və regional məsələləri müzakirə edəcəklərini bildirib. Nazir həmçinin Laçın dəhlizi və ümumilikdə Qarabağ ətrafında vəziyyətin müzakirə olunacağını vurğulayıb.
“Əminik ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin üçtərəfli bəyanatları bütün qərarların reallaşdırılmasının və iqtisadi, hərbi-siyasi və beynəlxalq hüquq sahələrində vəziyyətin sabitləşməsinin təmin olunmasının açarı olaraq qalır”, - deyə S.Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya nəqliyyat kommunikasiyalarının açılmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına, sülh müqaviləsinin müddəalarının razılaşdırılmasına hərtərəfli yardım göstərməyə hazırdır.
Tehsil-press.az