“BDU könüllüləri” təşkilatının sədri gənclər və idman naziri ilə görüşdə süni intellekt etikasına dair layihəni təqdim edib

“BDU könüllüləri” təşkilatının sədri gənclər və idman naziri ilə görüşdə süni intellekt etikasına dair layihəni təqdim edib İyunun 2-də gənclər və idman naziri Fərid Qayıbov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.

Gənclər və İdman Nazirliyi və nazirliyin yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində keçirilən görüşdə çıxış edən “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova təşkilatın Universitet daxilində və ölkənin ictimai həyatındakı fəaliyyəti barədə məlumat verib. O, təşkilatın “Süni intellekt etikası məktəbi” layihəsini təqdim edib.

Bildirib ki, Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” əsasında hazırlanan layihə türk dünyasından olan tələbə və gəncləri bir araya gətirmək, süni intellektin etik aspektləri üzrə bacarıqları inkişaf etdirmək, etik qərarvermə qabiliyyətini gücləndirmək, gənclər arasında qarşılıqlı təcrübə və bilik mübadiləsi yaratmaq, süni intellektin cəmiyyətə təsiri ilə bağlı maarifləndirməni artırmaq, regionlararası əməkdaşlıq və dialoq mühitini təşviq etmək məqsədi daşıyır.

Nərmin Heydərova xatırladıb ki, qeyd olunan məsələlərin elmi səviyyədə araşdırılması, təhlili və həlli üçün 2024-cü ildə Universitetin Elmi Şurası BDU-da Süni intellekt etikası kafedrasının yaradılması ilə bağlı qərar qəbul edib.

“BDU könüllüləri” təşkilatının sədri gənclər və idman naziri ilə görüşdə süni intellekt etikasına dair layihəni təqdim edib
“BDU könüllüləri” təşkilatının sədri gənclər və idman naziri ilə görüşdə süni intellekt etikasına dair layihəni təqdim edib


Tehsil-press.az

Oxşar xəbərlər