Azərbaycanın müstəqilliyini təmin edən böyük qayıdış

Azərbaycanın müstəqilliyini təmin edən böyük qayıdış 15 İyun - Milli Qurtuluş Günü xalqımızın yaddaşından heç vaxt silinməyəcək bir gündür. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil dövlət kimi inkişafının başlanğıcı oldu.
Ceyhun Məmmədov vurğulayıb ki, müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Dahi rəhbər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına nail olub.
1991-ci ilin oktyabrında dövlət müstəqilliyini ikinci dəfə qazanan Azərbaycan 1993-cü ilin iyununa qədər böhran, xaos və anarxiya ilə qarşılaşmışdı. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı fəlakətdən xilas etdi.
Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin edib.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri də milli mənafelərə əsaslanan xarici siyasət kursunun müəyyən edilərək həyata keçirilməsi idi. Bugünkü qüdrətli Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulub.
Ötən 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılıb, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir. Regionda ölkəmizin iştirakı olmadan heç bir beynəlxalq əhəmiyyət daşıyan layihələr icra olunmur. Son illər bölgədə beynəlxalq əhəmiyyətə malik infrastruktur layihələrinin təşəbbüskarı və təşkilatçısı da məhz Azərbaycandır.

Tehsil-press.az

Oxşar xəbərlər