Azərbaycanda xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edilir

Azərbaycanda xəstəxanada oksigen balonu yandı - Xəstələr təxliyə edilir Gəncədə xəstəxanada oksigen balonu yanıb.

Hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.

Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.

Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.

Əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər