Tələbələrimiz Heydər zirvəsini ziyarət etdilər

Tələbələrimiz Heydər zirvəsini ziyarət etdilər Heydər Əliyevin 93-cü ildönümü ərəfəsində Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb.
Qubanın Xınalıq kəndindən başlayan yürüşə peşəkar alpinistlər, media nümayəndələri ayrı-ayrı idarə və müəssisə işçiləri qoşulub. Həmçinin yürüşdə Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin və FAİREX-in nəzdində yaranmış Medicus Extreme Club un üzvləri də iştirak edib.
Onlar 2 gün davam edən yürüşdən sonra yolları sərt
qayalıqlardan keçməklə möhtəşəm Heydər Əliyev zirvəsinə yetişə biliblər.
Bu yürüşü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Hava və Ekstramal İdman Növləri Federasiyası təşkil edib. Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə “Heydər zirvəsi”nə qalxaraq görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini yad edib. Son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə gerçəkləşdirilməsinə şərait yaradılıb.


Tələbələrimiz Heydər zirvəsini ziyarət etdilərTələbələrimiz Heydər zirvəsini ziyarət etdilər

Tehsil-press.az

Oxşar xəbərlər