“SABAH”ın tələbələri Heydər Əliyev zirvəsində

“SABAH”ın tələbələri Heydər Əliyev zirvəsində Azərbaycan Texniki Universiteti “SABAH” qruplarının tələbələri ümummilli lider Heydər Əliyevin 93-cü ildönümü münasibəti ilə Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Ulu Öndərin adını daşıyan zirvəyə yürüş ediblər. Yürüşdə AzTU-nun SABAH qruplarından 6 tələbə iştirak edib. Tələbələrin hər biri 3751 metr hündürlükdə yerləşən zirvəni fəth etməyə nail olub.
Ümummilli lider Heydər ƏIliyevin xatirəsinə ehtiram əlaməti olaraq zirvədə Azərbaycan Respublikasının bayrağı ilə yanaşı “SABAH” qruplarının da bayrağı dalğalandırılıb. İştirakçılar Azərbaycan Respublikasının dövlət himinini oxuyub və Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


Mətbuat və informasiya şöbəsi

“SABAH”ın tələbələri Heydər Əliyev zirvəsində

Tehsil-press.az

Oxşar xəbərlər