Türkologiya kafedrasında keçirilən görüşdə qonaqlarla tədris prosesində, o cümlədən humanitar elmlər sahəsində müasir texnologiyaların tətbiqi və süni intellektdən istifadə ilə bağlı müzakirələr aparılıb, texnoloji yeniliklərin filologiya elmləri üçün də mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Görüşdə türkoloji araşdırmalar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Sonra qonaqlar BDU ilə elmi innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq çərçivəsində ortaq layihələrin və tədqiqatların aparılması məqsədilə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Tehsil-press.az