Türkiyənin Trabzon şəhərində Naxçıvan Dövlət Universiteti və Qaradəniz Texnik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “II Beynəlxalq Apiterapiya və Təbiət Konqresi” çərçivəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və nümayəndə heyəti Türkiyənin Qaradəniz Texniki Universitetində işgüzar səfərdə olublar.
Qaradəniz Texniki Universitetinin rektorluğunda keçirilən ikitərəfli görüşdə Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı qonaqları salamlayaraq universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor qurulmuş əməkdaşlıq çərçivəsində bir sıra sahələrdə praktik işlərin uğurlu nəticələrindən söz açaraq həyata keçirilən işləri yüksək qiymətləndirib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev də, öz növbəsində, burada olmaqdan məmnunluğunu ifadə edib, birgə əməkdaşlıq, ortaq elmi-tədqiqat fəaliyyəti, akademik və tələbə mobilliyi sayəsində aparılan işlər barədə məlumat verib. Hər iki universitet arasında informasiya texnologiyaları, incəsənət və tibb sahəsində uğurlu layihələrin həyata keçirilməsindən, Tibb fakültəsinin tələbə-müəllim heyətinin təcrübə proqramlarının əhəmiyyətindən danışıb.
Səfər müddətində Trabzon valisi Aziz Yıldırımın Naxçıvan Dövlət Universiteti rektoru Elbrus İsayev və nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, akademik fəaliyyətdə də işbirliklərinin daha da genişləndirilməsi müzakirə olunub.
Daha sonra NDU-nun nümayəndə heyəti Qaradəniz Texniki Universitetinin Tibb fakültəsi və araşdırma xəstəxanasında olub. Tibb fakültəsinin dekanı, professor Neşe Kaklıkkaya, əsası 1973-cü ildə qurulan fakültənin kadr potensialı, fakültənin nəzdində fəaliyyət göstərən xəstəxana barədə ətraflı məlumat verib. Hər iki universitet arasında artıq neçə ildir, uğurla həyata keçirilən əməkdaşlıq məsələlərində Tibb fakültələrinin işbirliklərinin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Qaradəniz Texniki Universitetinin Fərabi xəstəxanasında olan Naxçıvan Dövlət Universiteti kollektivi burada müasir texnologiyalarla zəngin ümumi cərrahiyyə və ümumi endoskopiya poliklinkaları, təcili tibbi yardım və müayinə şöbələri, klinik tədqiqatlar laboratoriyası, həkimlik uygulamaları və simulyasiya mərkəzində olublar.
Diş həkimliyi fakültəsində davam edən görüşdə Qaradəniz Texniki Universitetinin Diş fakültəsinin dekanı, professor Tanər Daşdəmir ilə birlikdə müvafiq kafedralarda, Protez laboratoriyası, Diş müayinəsi və müalicəsi kabinələrində olublar. Qonaqlar Stomatologiya üçün yeni tikilməkdə olan binanı gəzib, layihə ilə tanış olublar.
Əczaçılıq fakültəsinində keçirilən görüşdə dekan, professor Ufuk Özgenlə görüşən Naxçıvan Dövlət Universiteti kollektivi, universitetlərarası elmi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar Farmakoloji texnoloji araşdırma laboratoriyası, Analitik kimya araşdırma laboratoriyasında olub, Türkiyənin qabaqcıl universitetlərindən olan Qaradəniz Texniki Universitetinin təcrübəsindən istifadə edilməsi məsələləri müzakirə olunub.
Tehsil-press.az