
Qurum müraciətində dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrə istinad edərək bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edib.
Məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınan ən böyük məlumat sızmalarından biri hesab olunur. Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri, dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır.
"Bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanılıb, onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanlb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizə və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir", - deyə müraciətdə qeyd olunub.
Tehsil-press.az