Dövlət qurumlarına uyğun saxta yaradılan domenlərin sayı açıqlanıb

Dövlət qurumlarına uyğun saxta yaradılan domenlərin sayı açıqlanıb Bu ilin altı ayında Azərbaycanda dövlət qurumlarına uyğun yaradılan saxta domenlərin sayı açıqlanıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında məlumat verib.
Onun sözlərinə görə, 52 dövlət qurumunun domeninə bənzədilmiş saxta domenlər aşkarlanıb:
“Bu domenlər qeydiyyat zamanı artıq xüsusi kiber kəşfiyyat alətləri ilə aşkarlanıb. Müvafiq dövlət qurumları ilə birlikdə onların ölkə üzrə bloklanması tərəfimizdən həyata keçirilib”.
T.Məmmədov qeyd edib ki, onların bloklanması yüzlərlə, minlərlə kiberhücumların hazırlıq dönəmlərində bloklanması deməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər