Hazırda "Rizin" təşkilatında döyüşən Vüqar Kərəmov Mütləq Döyüş Çempionatından (UFC) təklif alsa da, Yaponiya təşkilatı ilə daha 1 döyüşlük müqaviləsi olduğu üçün mümkün olmayıb. 33 yaşlı MMA döyüşçüsü Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində "Rizin"də son döyüşünü keçirəndən sonra karyerasını UFC-də davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, V.Kərəmovun "Rizin"də növbəti döyüşü qırğızıstanlı kəmər sahibi Rəcəbəli Şaydullayevə qarşı olacaq. Döyüşün vaxtı hələ ki dəqiq deyil, iyul və ya sentyabrda baş tutacağı gözlənilir.
Xatırladaq ki, Bakının ev sahibliyi etdiyi UFC Döyüş Gecəsində Rafael Fiziyev, Nazim Sadıxov və Tofiq Musayev çıxış etmiş, Rafael və Nazim qalib gəlmiş, Tofiq isə uduzmuşdu.
Tehsil-press.az