
Bu nadir tortu hazırlamaq üçün məşhur fransız xəmir aşpazı Cedrik Grolet dəvət olunub.
Məlumata görə, Grolet Bezos və Sançezin toyunun unudulmaz olması üçün xüsusi konsepsiya ilə işləyir. Aşpazın imzası sayılan incə detallarla bəzədilən tortun hazırlanmasına böyük büdcə ayrıldığı bildirilir.
Cedrik Grolet dünyanın ən yaradıcı və zərif desert ustalarından biri kimi tanınır. Onun hazırladığı tortlar adətən meyvə formasında olur və həm estetik, həm də dad baxımından fərqlənir. Budəfəki tortun da qeyri-adi və lüks elementlərlə zəngin olacağı gözlənilir.
Qeyd edək ki, Jeff Bezosun Lauren Sançezlə toy mərasimi artıq aylarla medianın diqqət mərkəzindədir və mərasimin bir çox detallarının son dərəcə bahalı və eksklüziv olacağı ehtimal edilir.
Tehsil-press.az