Səfərovlar ailəsində daha iki qardaş ÖLDÜ

Səfərovlar ailəsində daha iki qardaş ÖLDÜ Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü - Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.

Bu barədə Səfərovlar ailəsindən məlumat verilib.

Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

Tehsil-press.az


Oxşar xəbərlər