Adı “Qırmızı kitab”a düşmüş qonur ayını ovlayanlar saxlanılıb

Adı “Qırmızı kitab”a düşmüş qonur ayını ovlayanlar saxlanılıb Noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı “Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə “Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib.
R.Talıbovdan, R.Kazımovdan, A.Hacıyevdən, N.Səfərovdan və qardaşı Səfərdən 4 ədəd “İJ” və 1 ədəd “Lavrona” markalı ov tüfəngləri götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tehsil-press.az



Oxşar xəbərlər