
Bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında paylaşım edib.
O bildirib ki, Bilecikin Gölpazarı və Osmaneli rayonlarında baş verən yanğınları ilk andan etibarən yaxından izləyirlər.
Nazirliyin Tikinti İşləri Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan zərər və dağıntı qiymətləndirmələri artıq tamamlanıb.
Nazir bildirib ki, iki rayondakı 3 kənddə 128 tikiliyə baxış keçirilib:
"Ümumilikdə 150 ərazi dəyərləndirilib. 23 ev və 1 məscid də daxil olmaqla 47 obyektin tamamilə dağıldığı, 41 evlə yanaşı 25 tövlə və anbar kimi iaşə obyektin isə ağır ziyan gördüyü müəyyən edilib".
Tehsil-press.az