
Bu sözləri aktyor Allahverdi Yolçuyev "Bir gün" verilişində deyib. Aktyor teatrdan uzaq qalmasından, xəstəliyindən danışıb:
"15 ilə yaxındır teatrdan uzaqlaşmışam. Akademik Musiqili Komediya Teatrdan küsdüm, getdim. İndi təqaüd alıram. Övladlarım, kürəkən olmasa bir gün də qala bilmərəm. Ayıbdır, gedib qapı döyüb, kimdənsə maddiyat istəyim. Bu vəziyyəti gözləməzdim. Məni toya aparmırlar. Amma pozitiv adamam, heç vaxt heç kimdən nəsə istəmərəm. Xəstə olanda bir sıra dostlarım gəlmədi. O vaxt dönərin dəb olan vaxtı dönər alırdım. İndi ciplərdə gəzirlər. Amma unutmaq pisdir. Bir gün sən zəngin ola bilərsən, bir gün mən".
Tehsil-press.az