“Davam etmək üçün fikir, sponsor, maliyə lazımdır. Nə qədər bacarıqlı olsan belə qapılar pulla açılır. Bunu 35 yaşında başa düşdüm mənə demişdilər ki, cibində pulun, arxanda adam yoxdursa, heç kimsən. Deyirdim elə deyil, belə deyil, yox. Amma zamanla başa düşdüm ki, elədir”.
Bu sözləri müğənni Elnur Hüseynov “Söhbət var” verilişində deyib.
Müğənni Türkiyənin “O ses Türkiye” yarışmasındakı iştirakından danışıb: ““O ses Türkiye”dəki birincilər yoxdurlar. Nə məndən əvvəl, nə də sonra. Çünki qəribə bir şey var orada. “O ses Türkiye”dən sonra “Avrupa müzik”lə sövdələşməyə getmişdim. Onu da necə edirsən? “O ses Türkiye”yə gələndə 2 sövdələşməyə imza atırsan. Birincisi “TV8”, “Acun Media” ilədir. Bir il ərzində başqa televiziyaya getməyəcəksən, müsahibə verməyəcəksən. İkinci də o vaxt keçərli olur ki, birinci olursan.
Oldum və “Avrupa müzik”ə keçdim. İki il ərzində heç nə etmədilər. Soruşurdum ki, niyə də nəsə etmirik? Məndən öncə bir uşaq birinci olmuşdu. Aşpaz idi, opera oxuyurdu, gözəl də səsi var idi. Dedim ki, ona niyə albom çıxartmamısınız? Dedilər ki, satılmır, elə olur, belə olur. Soruşdum nə elə olur? Dedim götürsəniz internetdən aranjemanlar var, pulla alsanız, bir disk başlayın da ona. İşləmək istəmirlər. Bir il ərzində də sponsorlar gəldi-getdi, çünki sövdələşmə var idi.
O vaxt danışa bilmirdim. Bəli, mən özüm mahnı yaza bilərəm, dostlarım, çevrəm, yaxınlarım var, özüm də bacara bilərəm. Amma belə uşaqlar var idi ki, gedirdilər ora ki, indi hər şey gözəl olacaq, bir anda düşmələri psixoloji problemlər yaşadırdı. Belə olmamalıdır”.
Tehsil-press.az