
Rizvan Salmanov sürücülük vəsiqəsi almaq istəyən şəxsi aldadaraq onun 1400 manatını ələ keçirməkdə ittiham olunub.
R.Salmanov bildirib ki, 2020-2023-cü ilə qədər qeyd edilən sürücülük məktəbinin direktoru olub. Lakin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC ləğv edildikdən sonra işsiz qalıb.
O, Tacir adlı şəxsə sürücülük vəsiqəsi almaqda kömək edəcəyini deyərək 1400 manatını ələ keçirib. Lakin sonra zənglərə cavab verməyərək həmin şəxsi aldadıb. Aldığı pulun cəmi 300 manatını qaytaran Salmanov deyib ki, qalan məbləği hər ay aldığı pensiyadan ödəyə bilər.
Zərərçəkmiş tərəf Rizvan Salmanovdan şikayətçi olduğunu, pulunu tələb etdiyini bildirib.
Məhkəmə 68 yaşlı Rizvan Salmanov barəsində 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Tehsil-press.az