Səfir: "Türkiyə və Suriya ilə görüşlərimizə ev sahibliyi üçün Azərbaycana təşəkkür edirəm"

Səfir: "Azərbaycana Türkiyə və Suriya ilə görüşlərimizə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm. Bu, münasibətlərin normallaşması baxımından mühüm əhəmiyyət kəsb edir".

Bunu İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik vəzifəsini yekunlaşdırması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

"Bu, onu göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Yaxın Şərqdə də aparıcı rol oynayır. Azərbaycanın "Avraam razılaşmaları" dairəsində Körfəz ölkələri ilə bir araya gələ bilər. Çünki Azərbaycanın təşəbbüsləri bizim regionda sülh rəmzinə çevrilir. Azərbaycan nadir ölkələrdəndir ki, bütün ölkələrlə müsbət əlaqələrə malikdir və bu imkan verir ki, Bakı digər ölkələrin əlaqələrinin bərpasında mühüm rol oyansın", - diplomat əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər