
Məsələ ilə bağlı ABŞ-nin Azərbaycandakı səfirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, federal hökumətin fəaliyyətini dayandırdığı dövrdə (şatdaun) ABŞ hökumətinin bir çox vacib olmayan xidmətləri müvəqqəti olaraq dayandırılır:
"Yaşıl Kart lotereyası ilə bağlı məlumat almaq üçün hökumət fəaliyyətini bərpa etdikdən sonra yenidən müraciət etmək lazımdır".
Qeyd edək ki, 2025-ci il oktyabrın 1-də ABŞ federal hökuməti 2026-cı maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırıb.
Tehsil-press.az