
“Urbanizasiya” anlayışının düzgün mənası:
İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə artmasıdır.
İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayının kəskin şəkildə azalmasıdır.
Müxtəlif səbəblərdən (iqtisadi problemlər, siyasi repressiya, ekoloji gərginlik və s.) bir ölkədən digərinə əhalinin köçməsidir.
Bir xalqın öz dini, mədəniyyəti və milli şüurunu itirməklə başqa bir xalqa qarışmasıdır.
Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır.
Düzgün cavab: Dünya, region, ölkə əhalisi içərisində şəhər əhalisinin sayı və payının artması, şəhərlərin rolunun yüksəlməsi, şəhər həyat tərzinin yayılmasıdır.
Sual 2
Hansı Greenpeace təşkilatının fəaliyyət sahələrindən biri deyil?
dövlətlər qarşısında təkliflərlə çıxış etmək
əsas insan hüquq və azadlıqlarının təbliğ etmək
ətraf mühitə mənfi təsir edən amilləri müəyyənləşdirmək
elmi araşdırmalar həyata keçirmək
ictimai rəyə təsir göstərmək
Düzgün cavab: əsas insan hüquq və azadlıqlarının təbliğ etmək
Sual 3
İnternet televiziyaları ilə bağlı doğru fikri müəyyən edin.
1. Müxtəlif məzmunlu proqramlara yer verilir.
2. Yalnız kompüterlər vasitəsilə izləmək mümkündür.
3. Yayımın keyfiyyəti müxtəlif istifadəçilərdə fərqli ola bilər.
4. Yayımlarının əhatə dairəsi məhduddur
1, 3
3, 4
2, 3
1, 2
2, 4
Düzgün cavab: 1, 3
Sual 4
Kriptovalyutalarla bağlı doğru cavabı müəyyən edin.
I. Hər bir kriptovalyutaya aid xüsusi banknotlar mövcuddur.
II. Hələlik heç bir dövlətdə hər hansı şəkildə istifadəsinə icazə verilməyib.
III. Kompüterlər vasitəsilə müəyyən proqramlardan istifadə etməklə kriptovalyuta istehsal etmək mümkündür.
I və II
Yalnız I
II və III
Yalnız II
Yalnız III
Düzgün cavab: Yalnız III
Sual 5
Son 20 ildə aşağıdakı şəhərlərin hansında Yay Olimpiya Oyunları keçirilməmişdir?
Afina
Paris
Pekin
Rio de Janeyro
London
Düzgün cavab: Paris
Sual 6
Geniş kütlə hansı anlayışı ilk dəfə COVID-19 infeksiyası ilə mübarizə dövründə eşitdi?
distant təhsil
sosial məsafə
karantin
izolyasiya
tibbi maska
Düzgün cavab: sosial məsafə
Sual 7
Mərkəzi Asiyada yerləşən bu göl antropogen təsirlər nəticəsində hövzəsi quruyaraq səhralara çevrilmiş, yerləşdiyi regionda qlobal problemlər yaranmasına səbəb olmuşdur:
Baykal
Xəzər
İssikul
Balxaş
Aral
Düzgün cavab: Aral
Sual 8
Hansını (və ya hansıları) qloballaşmanın təzahür etdiyi sahələrə aid etmək olar?
I. İqtisadi
II. Siyasi
III. Texnoloji
Yalnız I və II
Yalnız I
I, II və III
Yalnız II və III
Yalnız II
Düzgün cavab: I, II və III
Sual 9
Hansı “Big data”-nın xüsusiyyətlərindən deyil?
Sistem böyük həcmli dataların daxil olmasına və mübadiləsinə imkan verməlidir
Datalar emal edildikdən sonra əlavə dəyər yaratmalıdır
Toplanan datalar eyni növ və formatda olmalıdır
Daxil edilən datalar etibarlı və doğru informasiya ehtiva etməlidir
Məlumatları hazırlanması və emalı sürətli olmalıdır
Düzgün cavab: Toplanan datalar eyni növ və formatda olmalıdır
Sual 10
Rəqəmsal texnologiyaların və sosial şəbəkələrin geniş istifadəsi mühitində böyüyüb formalaşan nəsli ifadə etmək üçün istifadə edilən anlayış:
“Z” nəsli
“X” nəsli
“β” nəsli
“Səssiz” nəsil
“Uşaq bumu” nəsli
Düzgün cavab: “Z” nəsli
Sual 11
Amazon şirkətinin fəaliyyət sahələrindən biridir:
kompüter proqramçılığı
elektron ticarət
kiber təhlükəsizlik
sosial media
təhsilə dəstək
Düzgün cavab: elektron ticarət
Sual 12
Avropa ölkəsi olmasına baxmayaraq, Avropa Birliyinə üzv olmayan ölkə hansıdır?
Norveç
Finlandiya
Danimarka
Lüksemburq
İsveç
Düzgün cavab: Norveç
Sual 13
COVID-19 infeksiyasının ortaya çıxdığı ilk həftələrdə hansılar haqqında birmənalı fikir yox idi?
1. ilk vaksinin istifadə veriləcəyi tarix
2. xəstəliyin yoluxucu olub-olmadığı
3. gigiyenik tədbirlərin vacibliyi
4. neçə dəfə qapanmaların olacağı
2, 3
1, 4
1, 2
2, 4
3, 4
Düzgün cavab: 1, 4
Sual 14
Müstəqil Azərbaycanın ilk qadın olimpiya çempionu:
Şabanova
İ. Aşumova
Şubina
Stadnik
Meftahəddinova
Düzgün cavab: Z. Meftahəddinova
Sual 15
Hansı sosial medianın bir xüsusiyyətidir?
Müəyyən yaş limitindən aşağıda yer alanların bütün sosial media resurslarından istifadəsinə mane olan mexanizmlər vardır.
Yazılı sosial media yayımlarının məzmununda istənilən vaxt düzəliş etmək mümkündür.
Ünsiyyət tək tərəflidir.
Sosial media tətbiqlərinə müəyyən vaxt limitlərində qoşulmaq mümkündür.
Əhəmiyyətli görülən hər hadisəni sosial mediada paylaşmaq mümkün deyil.
Düzgün cavab: Yazılı sosial media yayımlarının məzmununda istənilən vaxt düzəliş etmək mümkündür.
Sual 16
Peyk sisteminin istifadə məqsədlərinə aiddir:
hava haqqında məlumatların əldə edilməsi
Yalnız GPS-dən istifadə
cihazlar arasında kabel rabitəsinin təmin edilməsi
Kompüterlərdə proqram təminatının yenilənməsi
İstehsal prosesinin avtomatlaşdırılması
Düzgün cavab: hava haqqında məlumatların əldə edilməsi
Sual 17
Aşağıdakılardan hansı (və ya hansılar) bərpa olunan enerji mənbələrinin əhəmiyyətini daha da artırır?
II. Neft və təbii qaz kimi mənbələrin mövcud ehtiyacı təmin etməməsi
II. Digər enerji mənbələrinin ətraf mühitə zərər vurması
III. Digər enerji mənbələrinin tükənən olması
II və III
Yalnız III
I və II
Yalnız I
Yalnız II
Düzgün cavab: II və III
Sual 18
Çoxfikirlilik, çoxpartiyalılıq adlanır:
plüralizm
sosializm
legitimlik
qlobalizm
sentrizm
Düzgün cavab: plüralizm
Sual 19
Mühafizəkarlıqla (konservatizm) bağlı doğru cavabı müəyyən edin.
I. Xüsusi mülkiyyətə qarşıdırlar.
II. Adət-ənənələrə önəm verirlər.
III. Müasir olan hər şeyi rədd etmirlər.
Yalnız I
Yalnız II
I və II
I və III
II və III
Düzgün cavab: II və III
Sual 20
Yüksəliş layihəsi ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur?
Müsabiqədə iştirak üçün idarəetmə sahəsində ali təhsil almaq tələb olunur.
Müsabiqənin bütün mərhələləri yalnız bir formatda keçirilir.
Yüksək vəzifələrə təyin olunma imkanı yaradan yeganə vasitədir.
Ölkəmizdə ilk dəfə 2022-ci ildə keçiriləcək.
İnsan kapitalından ölkənin inkişafında istifadə imkanlarını genişləndirir.
Düzgün cavab: İnsan kapitalından ölkənin inkişafında istifadə imkanlarını genişləndirir.
Sual 21
Hansı hazırda dövlətlərin həyati mənafelərindən ən əhəmiyyətlisidir?
beynəlxalq təşkilatlara üzvlük
texnoloji asılılığa son qoymaq
müsbət demoqrafik göstəricilərə nail olmaq
turizm sektorunu inkişaf etdirmək
təhlükəsizlik
Düzgün cavab: təhlükəsizlik
Sual 22
Qlobal ekoloji problemlərdən olan Ozon dəliyinin genişlənməsi birbaşa təsir edər:
I. Təsərrüfatın səmərəlilik göstəricilərinə
II. Kosmik rabitənin keyfiyyətinə
III. Dəniz nəqliyyatının intensivliyinə
I və II
I və III
yalnız I
yalnız II
II və III
Düzgün cavab: yalnız I
Sual 23
Hansı “yaşıl enerji” növlərindən deyil?
Geotermal
Bioqaz
Biokütlə
Təbii qaz
Hidrogen enerjisi
Düzgün cavab: Təbii qaz
Sual 24
Hansılar BMT tərəfindən 2015-ci ildə qəbul edilən Davamlı İnkişaf proqramının məqsədlərindəndir?
1. yoxsulluğa son
2. xidmət sektorunun xüsusi çəkisinin artırılması
3. keyfiyyətli təhsil
4. yerli idarəetmənin gücləndirilməsi
1, 3
1, 2
2, 4
2, 3
1, 4
Düzgün cavab: 1, 3
Sual 25
Hansı sinxron mesajlaşma vasitəsidir?
Mozilla
Outlook
Slayd
Yandex
Skype
Düzgün cavab: Skype
Tehsil-press.az