Rusiyada GÜCLÜ ZƏLZƏLƏ OLDU

Rusiyada GÜCLÜ ZƏLZƏLƏ OLDU Rusiyanın Xakasiya Respublikasında 4,2 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Məlumata əsasən, qeydə alınan zəlzələnin episentri Sayanoqorskdan 14 km cənubda, Beyski rayonunda olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin regional bölməsi də öz növbəsində zəlzələ nəticəsində tələfatın olmadığını bildirib

Tehsil-press.az

Oxşar xəbərlər